Language

Övrə Günü 2016: heç vaxt geri çəkilmə!

3-ci Beynəlxalq Övrə Günü növbəti dəfə Oktyabrin 1 –də qeid ediləcək. Bu ilin övrə günündə  “heç vaxt geri çəkilməməkdən” söhbət gedəcək. Övrə elə bir xəstəlikdir ki, bəzi kiçik  istisnalarla həyatin hansisa anında yox ola bilər, lakin o vaxta qədər övrə ilə mübarizədə var gücünüzü toplayıb geri çəkilməməyniz böyük bit hünərdir tələb edir. Bir çox hallarda xəstəliyi kəskinləşdirən səbəbləri və effektiv müalicə üsullarını müəyyən etmək aylar və hətta illər çəkir. Övrə gününün məqsədi  övrə xəstələrini bu çətin vaxtda mübarizədən geri çəkilməməyə və həkim və başqa xəstələrin köməyi ilə  öz həyatlarını yenidən istədikləri kimi yaşamağa ruhlandırır.  Siz də başqalarını ruhlandırın! Övrə xəstəliyi ilə mübarizədə bütün çətinliklərə baxmayaraq  necə geri çəkilməməyə müvəffəq  olduğunuzdan  bizə yazın və öz təcrübənizi başqa xəstələrlə  Övrə günündə paylaşın. Başqalarını da məlumatlandırın , Siz harda və necə kömək tapmısınız və beləcə başqaları da vaxtında yardım  alsın və  tezliklə vaz keçəcəkləri  şeylərdən uzaq olsunlar. Təcrübənizlə yanası Siz  öz Övrə Aktivlik Şkalası  (ÖAŞ) nəticələrinizi də yerləşdirə bilərsiniz. Bu şkala,  Sizin xəstəliynizin hal hazırki ağırlıq dərəcəsini əks edir. Köpüşüklərin sayı və qaşınmanın şiddətliliyi övrə təqvimində  bir həftə ərzində ölçülərək  hesablanır. Hər bir müalicənin məqsədi ÖAŞ nəticəsini mümkün qədər aşağı salmaqdır, 0 ən optimal nəticədir. Bu təqvimi  biz səhifəmizdə Sizin üçün yerləşdimişik ki, Siz endirib öz qediyyatlarınıı aparasınız və həmçinin online olaraq  öz xalınızı hesablayasınız ki,   təcrübənizlə birlikdə başqaları ilə paylaşa biləsiniz.

http://urticariaday.org/uct/face-upload/

Bundan başqa, Övrə Günü xəstələr və onların ailələri, həkimlər, siyasətçilər arasında , mətbuatda  və , nəhayət, bütün dünyada övrə xəstəliyinə diqqət çəkmək üçün gözəl fürsətdir. Həkimlər arasında da  maarifləndirici vəsaitləri  yaymağa çalışırıq ki,  onlar da öz növbələrində aparılan müalicənin keyfiyyətini artırsınlar  və nəticədə xəstələr də öz həyat keyfiyyətlərini artıra bilsinlər. Övrə birliyinə qoşularaq Siz öz ünsiyyət dairənizi genişləndirəcəksiniz, görəcəksiniz ki, tək deyilsiniz və ehtiyacınız olanda məsləhət və kömək əldə edə biləcəksiniz.
“Biz” deyəndə kim nəzərədə tutulur sualı  doğa bilər. Biz- hamımızıq! Xəstələr, həkimlər, tibbi müəssisə və təşkilatlar, Siz və mən. Övrə Günü 2016-da  iştirak edən hər kəs övrə şəbəkəsinin üzvüdür. Övrə Günü 2016  haqqında başqalarına  danışaraq, həm bizə kömək edin, həm də öz xəstəliyinizi nəzarət altında saxlamağa müvəffəq olun. Ailə üzvlərinizə, dostlarınıza, iş yoldaşlarınıza və hətta öz həkiminzə Övrə Günü 2016  haqqında danışın. Bacardığınız  hər bir yolla Övrə Günü 2016  haqqında məlumat yayın: facebook, twitter, səhifəni bəyənməklə, paylaşmaqla və nəhayət , Övrə Aktivlik Şkalasını cavablandıraraq  nəticənizi səhifədə paylaşmaqla.
Başqalarını da ruhlandıraraq  öz tədbirinizi keçirin. Niyə də “Övrə gecəsi”  keçirməyəsiniz və yaxud övrə xəstələrinə özünəyardim qrupu təşkil etməyəsiniz? Bəlkə Siz öz müalicə həkiminizi xəstəxana əməkdaşları arasında trening keçirməyə ilhamlandıra bildiniz?  Fotoşəklinizi və yaxud keçirdiyiniz tədbir haqqında məlumatı bu səhifədə yerləşdirin və beləliklə Övrə Günü 2016-ya  öz  töhfənizi verin. Bütün bunlar Övrə Gününün uğurlu keçməsinə mütləq kömək edəcək!

Övrə Günü, GA²LEN, UNEV – urticaria network e.V., daab e.V. və bir çox başqa beynəlxalq təşkilatların təşəbbüsü ilə bütün dünyada  keçirilir, bu da övrə və allergik xəstəliklərin müalicəsinin yaxşılaşdırılmasına xidmət edir.

Urticaria Day website user guide

Download

info